İsrail Suriyaya yenidən girdi - Sərhəddə vəziyyət gərginləşdi

İsrail Suriyaya yenidən girdi - Sərhəddə vəziyyət gərginləşdi
19.07.2026 21:19 Dünya

İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Quneytra əyalətində hərbi əməliyyat həyata keçirib.

TodayPress TV xəbər verir ki, Suriyanın SANA dövlət agentliyinin məlumatına görə, İsrailə məxsus beş hərbi texnika Əs-Samdaniyyə əş-Şərqiyyə kəndinə daxil olub. Hərbçilər burada müvəqqəti nəzarət-keçid məntəqəsi quraraq ərazidə olan şəxsləri yoxlayıblar.

Məlumata əsasən, İsrail qüvvələri yaxınlıqdakı əraziyə üç minaatan mərmisi və bir tüstü mərmisi atıb. Hadisə nəticəsində xəsarət alanların olduğu barədə məlumat verilməyib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər