İsrail ordusu Qəzzada 100-dən çox hədəfi vurdu

İsrail ordusu Qəzzada 100-dən çox hədəfi vurdu
14.07.2025 14:00 Dünya

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 100-dən çox hədəfə hava zərbələri endirib. 

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumlar hərbi obyektlərə, silah anbarlarına, yeraltı tunellərə və digər infrastruktur nöqtələrinə yönəlib.

Eyni zamanda, İsrailin quru qoşunları da Qəzzada döyüşləri davam etdirir. Ordu açıqlamasına görə, əsgərlər radikal Fələstin qruplaşmalarına artan ziyan vurur və bölgədəki hərbi mövqeləri məhv edir.

Qəzzadakı vəziyyət gərgin olaraq qalır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər