İsrail müxalifəti İrana zərbələri dəstəklədi
Dünya
28.02.2026 11:15
İsraildə müxalifət liderləri ABŞ və İsrailin İrana qarşı endirdiyi zərbələri dəstəklədiklərini bildiriblər.
TodayPress TV "The Times of İsrail"ə istinadən xəbər verir ki, İsrail müxalifətinin lideri Yair Lapid bu barədə sosial şəbəkədə paylaşım edib.
"Xatırlatmaq istəyirəm: İsrail xalqı güclüdür. İsrail Müdafiə Qüvvələri və Hərbi Hava Qüvvələri güclüdür. Dünyanın ən güclü dövləti bizimlədir”, – deyə o yazıb.
Lapid əlavə edib ki, belə anlarda ölkədə siyasi bölünmə olmamalıdır:
“Belə anlarda biz birlikdə dayanırıq və birlikdə qalib gəlirik. Burada nə koalisiya var, nə müxalifət – yalnız bir xalq və bir ordu var və hamımız onların arxasındayıq”.
“Yisrael Beytenu” partiyasının rəhbəri Aviqdor Liberman isə yaxınlaşan Purim bayramına istinad edərək İranın Ali Dini Lideri Əli Xameneini tənqid edib.
“Biz Hamanı məğlub etmişdik, Xameneini də məğlub edəcəyik”, – deyə Liberman bildirib.
Qiymət Mahir
tag: İsrail,İran,Zərbə,Hücum,Todaypress.tv,
