İsrail Hərbi Hava Qüvvələri Dəməşqə yeni zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Dəməşqə yeni zərbə endirdi
16.07.2025 16:48 Dünya

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə növbəti dəfə hava zərbəsi endirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Sham" telekanalı məlumat yayıb.

Məlumata görə, hücum İsrail qırıcısı tərəfindən həyata keçirilib və partlayışla nəticələnib.

Suriya dövlət televiziyası isə Dəməşqin mərkəzində yerləşən Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının bombalandığını əks etdirən görüntülər yayımlayıb. Zərbə nəticəsində ölənlərin olduğu bildirilir, lakin hələlik dəqiq say açıqlanmayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər