İsrail hava məkanını mülki uçuşlar üçün bağladı
Dünya
28.02.2026 10:45
İrana qarşı hücum başladıqdan sonra İsrail mülki aviasiya üçün hava məkanını bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Nəqliyyat Nazirliyi açıqlama yayıb.
“İctimaiyyətdən xahiş olunur ki, əlavə məlumat verilənədək hava limanlarına gəlməsinlər”, – deyə bəyanatda bildirilir.
Nazirlik hazırda xaricdə olan sərnişinlərə uçuş cədvəlləri ilə bağlı məlumatları media və aviaşirkətlər vasitəsilə izləməyi tövsiyə edib.
Açıqlamada, həmçinin qeyd olunub ki, xaricdə olan İsrail vətəndaşları Milli Təhlükəsizlik Şurasının göstəriş və tövsiyələrinə əməl etməlidirlər.
“Təhlükəsizlik vəziyyəti imkan verən kimi hava məkanı yenidən açılacaq və İsrailə uçuşlar bərpa olunacaq. Uçuşların bərpasından 24 saat əvvəl ictimaiyyətə məlumat veriləcək”, – deyə nazirlik əlavə edib.
Qiymət Mahir
tag: İran,İsrail ,Hücum,Müharibə,Todaypress.tv,
