İsrail Beyruta yenidən hava zərbəsi endirdi
İsrail Müdafiə Ordusu Livanın paytaxtı Beyruta hava zərbəsi endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Qısa müddət əvvəl İsrail Müdafiə Ordusu Beyrutda dəqiq zərbə həyata keçirib. Təfərrüatlar daha sonra açıqlanacaq”, – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, İsrailin Beyruta bundan əvvəlki hücumu mayın 6-da baş vermişdi.
Hazırda zərbənin hədəfi və mümkün itkilərlə bağlı rəsmi məlumat verilməyib.
Qiymət Mahir