İsrail ABŞ-ni Türkiyəyə "F-35" satışını bloklamağa çağırdı

İsrail ABŞ-ni Türkiyəyə "F-35" satışını bloklamağa çağırdı
11.07.2025 12:48 Dünya

Yüksək rütbəli İsrail rəsmisi ABŞ Konqresinə müraciət edərək Türkiyəyə gələcəkdə "F-35" qırıcılarının satışını əngəlləməyi tələb edib. O, Ankaranın regional ambisiyalarının və siyasətinin İsrailin təhlükəsizliyinə uzunmüddətli təhdid yaratdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail rəsmisi "Breitbart News" saytına müsahibəsində danışıb.

O qeyd edib ki, İsraildə “Adir” kimi tanınan "F-35"lər son İranla toqquşma zamanı 12 günlük qarşıdurmada həlledici rol oynayıb. Türkiyənin bu silaha çıxışı bölgədə sabitliyi poza bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər