İsrail 2023-cü ildən Qəzzadakı itkilərinin sayını açıqladı
İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı bildirib.
Məlumata görə, İsrail ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 915 əsgərini itirib.