İsrail 1966 məhbusu azad etdi
Azadlığa buraxılması planlaşdırılan 1966 terrorçunun hamısı artıq İsrail həbsxanalarında avtobuslara mindiriliblər.
TodayPress TV “Röyters”ə istinadən xəbər verir ki, bunlardan 250 nəfəri İordan çayının qərb sahilinə, Qüds şəhərinə və digər ölkələrə göndəriləcək, 1716 nəfər isə Qəzzakı Nasir xəstəxanası yaxınlığında buraxılacaq.
Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə ediləb razılığa uyğun olaraq girovlar da bu gün azad edilir.
Jalə Rövşən