İranla müharibənin sonu necə olacaq? - Sensasion proqnoz

İranla müharibənin sonu necə olacaq? - Sensasion proqnoz
18.07.2026 23:10 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranla münaqişənin necə başa çatdırılması ilə bağlı vahid strategiyanın olmaması Ağ Ev daxilində fikir ayrılıqlarını daha da kəskinləşdirib.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, Tramp administrasiyası hazırda İrana qarşı gündəlik hərbi əməliyyatlar həyata keçirsə də, münaqişənin başa çatdırılması üçün aydın fəaliyyət planına malik deyil. On ildir ABŞ prezidentinin fəaliyyətini izləyən Berns Ağ Evdə çıxış strategiyasının olmadığını vurğulayır.

Məqalədə qeyd olunur ki, administrasiyanın yuxarı eşelonunda Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens arasında ciddi fikir ayrılığı mövcuddur. İddialara əsasən, Vens İrana qarşı hərbi əməliyyatların başlanmasının qarşısını almağa çalışsa da, bu cəhdləri uğursuz olub.

Bununla belə, vitse-prezidentin komandasının yaranan vəziyyətdən onun siyasi nüfuzunu artırmaq üçün istifadə etməyə çalışdığı bildirilir. Mənbələrin sözlərinə görə, məqsəd Vensin cəmiyyətdə və beynəlxalq aləmdə müharibəni bitirmək istəyən siyasətçi obrazını formalaşdırmaqdır. Hətta ölkələr arasında niyyət bəyannaməsi ilə bağlı təşəbbüs uğursuz olsa belə, bu, onun siyasi imicinə ciddi zərbə hesab edilmir.

Daşa Berns yazır ki, Donald Tramp isə diqqətini yenidən seçilməkdən çox, siyasi irsinə yönəldib. Müəllifin fikrincə, Tramp əvvəlcə münaqişədən uzaq durmağa və diplomatik həllə üstünlük verməyə çalışsa da, sülh prosesinin nəticəsiz qalması onu hərbi variantı seçməyə məcbur qoyub. Halbuki bu yolun məqsədəuyğunluğu prezidentin bəzi tərəfdarları tərəfindən də sual altına alınır.

Məqalədə həmçinin vurğulanır ki, Ağ Evdə əsas qərarlar olduqca dar çevrədə qəbul edilir və yekun söz yalnız prezidentə məxsusdur. Şəffaf strategiyanın və kollektiv qərarvermə mexanizminin olmaması isə münaqişənin gələcək inkişafını proqnozlaşdırmağı çətinləşdirir.

Bernsin qənaətinə görə, məhz bu idarəetmə modeli İranla qarşıdurmanı “Tramp tipli münaqişə”yə çevirib. Hazırda prezidentin ətrafında müharibənin necə başa çatacağına dair aydın ssenari təqdim edə bilən şəxs yoxdur və prosesin taleyi əsasən Donald Trampın qərarlarından asılı olaraq qalır.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər