İrandan daha bir xəbərdarlıq: Gəmilər Hörmüz boğazından icazəsiz keçərsə...
İran Fars körfəzində və Hörmüz boğazında icazəsiz dəniz marşrutları ilə hərəkət edən gəmilərlə bağlı xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "PGSA" adlı, İran tərəfindən Hörmüz boğazında dəniz nəqliyyatının hərəkətini tənzimləmək üçün yaradılmış qurum məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, müəyyən edilmiş marşrutlardan kənar hərəkət edən gəmilərin sahibi, operatoru və kapitanı baş verə biləcək nəticələrə görə məsuliyyət daşıyacaq.
Eyni zamanda qeyd olunub ki, bu cür marşrutlardan kənar hərəkət təhlükəsiz keçid zəmanətinə daxil edilmir və sığorta təminatı ilə də əhatə olunmaya bilər.
Türkan İsgəndərli