İranda onun öldürülməsinə görə 10 milyon dollar təklif edildi
ABŞ Məxfi Xidməti Prezident Donald Trampın kiçik oğlu Berron Trampa qarşı təhdidlərin yer aldığı videonun İranda nümayiş etdirildiyi barədə məlumatlı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə xidmətin nümayəndəsi Neyt Herinq jurnalistlərə bildirib.
“ABŞ Məxfi Xidməti bu videodan xəbərdardır və mühafizəmiz altında olan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək hər şeyi araşdırır. Əməliyyat təhlükəsizliyi mülahizələrinə görə, mühafizənin təmin edilməsi ilə bağlı kəşfiyyat məlumatlarına dair məsələləri müzakirə etmirik”, - deyə o əlavə edib. A
Qeyd edək ki, ABŞ Məxfi Xidməti dövlətin ilk şəxslərinin təhlükəsizliyinə cavabdehdir.
ABŞ mətbuatının məlumatına görə, İran mediasında Berron Trampın öldürülməsi ehtimalından bəhs edən videomaterial yayımlanıb. Bunun müqabilində guya 10 milyon dollar mükafat təklif olunub.
Aysel Mətləb