İranda hərbi sirr yayan 20 nəfər saxlanıldı

Dünya

14.03.2026 16:00

İran kəşfiyyatı iki əyalətdə hərbi obyektlər haqqında məlumat ötürməkdə şübhəli bilinən 20 nəfəri həbs edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars News Agency" məlumat yayıb.

Bildirilib ki, Mazandaran əyalətində 10 nəfərdən ibarət qrup, Xorasan-Rəzəvi əyalətində isə daha 10 nəfər saxlanılıb. Hakimiyyət orqanlarının məlumatına görə, həmin şəxslər düşmən tərəfə hərbi obyektlərin yerləşməsi və bəzi iqtisadi infrastruktur haqqında məlumat veriblər.

Bundan əlavə, təhlükəsizlik qüvvələrinin Xuzistan əyalətində üç nəfərlik terrorçu qrupu da saxladığı bildirilib. Məlumata görə, qrup üzvləri son günlərdə təhlükəsizlik qüvvələrinə və ictimai yerlərə silahlı hücumlar həyata keçirərək şəhərdə qeyri-sabitlik yaratmağa çalışıblar.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Kəşfiyyat,Hərbi obyekt,Sirr,Todaypress.tv,