İranda hava limanı yaxınlığında partlayış baş verdi
İranın paytaxtı Tehrandakı Mehrabad hava limanı yaxınlığında partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "INS" nəşri məlumat yayıb.
Mənbələrin məlumatına görə, partlayış birbaşa hava limanı ərazisində deyil, onun yaxınlığında baş verib.
"Mehr" agentliyi hava limanının özündə hər hansı partlayışın qeydə alınmadığını bildirib.
Partlayışın hansı səbəbdən olduğu açıqlanmayıb.
Türkan İsgəndərli