İranda güclü zəlzələ baş verdi
İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, zəlzələnin episentri Firuzabad rayonunda olub.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.