İranda ABŞ və İsrailin vurduğu enerji obyektləri bərpa edildi

İranda ABŞ və İsrailin vurduğu enerji obyektləri bərpa edildi
24.08.2026 15:17 Dünya

İran ABŞ və İsrailin hücumları nəticəsində zərər görən neft, qaz və enerji infrastrukturunun bərpasını başa çatdırdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, hücumlar ölkənin neft, qaz və enerji infrastrukturuna ciddi ziyan vurub. Lakin İran mütəxəssisləri obyektlərin bərpasını həyata keçirib.

Qeyd edək ki, daha əvvəl CNN peyk görüntülərinə istinadən İranın bir sıra nüvə və hərbi obyektlərində bərpa işlərinə başlanıldığını bildirmişdi. Kanalın məlumatına görə, Tehrandan təxminən 30 kilometr məsafədə yerləşən Parçin hərbi kompleksində də yeni aktivlik qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər