İran Livana yeni səfir təyin etdi

İran Livana yeni səfir təyin etdi
25.02.2026 13:53 Dünya

Məhəmməd Rza Raef Şeybani İranın Beyrutdakı yeni səfiri təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr News Agency" məlumat yayıb.

Şeybani bu vəzifədə 2022-ci ildən etibarən İranın Livandakı səfiri olan Moctaba Amanini əvəz edəcək. O, daha əvvəl Hizbullah və İsrail arasında baş vermiş 33 günlük müharibə dövründə İranı Livanda təmsil edib. Bundan başqa, diplomat İranın Suriya və Liviyadakı səfiri vəzifələrində də çalışıb.

Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin keçmiş rəsmi nümayəndəsi Nasser Kanaani də yeni təyinat alıb. O, İranın Əlcəzairdəki diplomatik missiyasına rəhbərlik edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər