İran-İsrail müharibəsində 900-dən çox insan həlak olub

İran-İsrail müharibəsində 900-dən çox insan həlak olub
30.06.2025 16:50 Dünya

İsrail və İran arasında 12 gün davam edən silahlı qarşıdurma nəticəsində İranda 900-dən çox insan həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin arasında 130-dan çox qadın və təxminən 40 uşaq da var.

İsrailin hücumları yalnız İranın nüvə və hərbi obyektlərinə deyil, həm də ölkənin müxtəlif bölgələrindəki yaşayış məntəqələrinə yönəlib. İran cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə İsrailin böyük şəhərlərini vurub. Rəsmi Tel-Əviv bu hücumlar nəticəsində 28 nəfərin öldüyünü açıqlayıb.

İran və İsrail arasında baş verən hərbi əməliyyatlar ötən həftə əldə olunmuş atəşkəslə başa çatıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər