İran deputatından qeyri-adi TƏLƏB: BƏƏ öz ərazisini Tehrana verməlidir?
BƏƏ ölkəyə vurduğu zərəri kompensasiya etməli, o cümlədən bir neçə il müddətinə ərazisinin bir hissəsini İrana verməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə İran Milli Məclisinin deputatı Hüseyn Əli Hacı Deliqani “90 Eghtesadi” portalına müsahibəsində bildirib.
Deputat həmçinin qeyd edib ki, Məkkə paktının imzalanması ABŞ-nin regiondakı strategiyasının "iflasa uğradığını" göstərir.
Qeyd edək ki, Məkkə sazişini avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar. Sazişə əsasən, ölkələrdən birinə hücum koalisiyanın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.
Aysel Mətləb