İran Dəməşqdəki bəzi obyektləri "qanuni hədəf" elan etdi

İran Dəməşqdəki bəzi obyektləri "qanuni hədəf" elan etdi
27.03.2026 20:30 Dünya

Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident kompleksi və bəzi obyektlərin xarici hərbi mütəxəssislərin mərkəzinə çevrildiyi iddia olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Yayılan xəbərdə Dəməşqdəki “Sheraton Damascus” oteli və prezident kompleksi İsrail, ABŞ və Böyük Britaniyadan olan müşavirlər və mütəxəssislərin toplaşdığı məkan kimi göstərilib.

İranın rəsmi bəyanatında bildirilib ki, xarici hərbi qüvvələrin yerləşdiyi istənilən obyekt, coğrafi mövqeyindən asılı olmayaraq, bu fəaliyyətlər dayandırılmadığı təqdirdə Tehran üçün “qanuni hədəf” hesab olunacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər