İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər alacaq
İran Çin ilə "CM-302" gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair saziş bağlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Təxminən 290 km mənzilə malik raketlər aşağı hündürlükdə uçuş və yüksək sürət hesabına gəmilərin müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub.
Bununla bağlı Çin Müdafiə Nazirliyi şərh verməyib.
Aynur TAC