İran bir ölkənin Hörmüzdən keçməsinə icazə verdi
Dünya
27.03.2026 16:53
Malayziya tankerləri İran tərəfindən nəzarətə götürülmüş Hörmüz boğazından keçə biləcək.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.
O, qeyd edib ki, bu icazə İran Prezidenti Məsud Pezeşkian, eləcə də Misir, Türkiyə və digər regional dövlətlərin liderləri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.
“The Jakarta Post” qəzetinin məlumatına görə, Ənvər İbrahim deyib: “Hazırda Malayziya neft tankerlərinin və onların heyətlərinin evə qayıtması üçün sərbəst hərəkətinə icazə verilir”. O, Fars körfəzindən çıxmaq üçün neçə Malayziya bayraqlı tankerin gözlədiyini dəqiqləşdirməyib.
Malayziya neft hasil edən ölkə olsa da, Hörmüz boğazı vasitəsilə daşınan neftdən ciddi şəkildə asılıdır. Ölkənin neft tələbatının təxminən 50%-i bu marşrutdan təmin olunur. Bundan əvvəl İranın icazəsi ilə bir neçə Çin və Tailand tankerinin də boğazdan keçməsinə şərait yaradılmışdı.
Jalə Rövşən
tag: İran ,Malayziya,Hörmüz ,Tanker ,Todaypress.tv,
Slovakiya və ABŞ əməkdaşlıq sazişi imzalayacaqlar
10.01.2026
Slovakiya və ABŞ yanvarın 16-da atom energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.TodayPress TV ...
Kadırov Bodrumda batmaq təhlükəsi ilə üzləşdi
24.07.2025
Çeçenistan prezidenti Ramzan Kadırov Bodrumda istirahət edərkən dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.TodayPress TV xəb...
İranın cənubundakı Bəndər-Lənqeh limanına hücum edildi
22.03.2026
Tehranda bir neçə güclü partlayış nəticəsində İranın cənubundakı Bəndər-Lənqeh limanına hücum edilib. TodayPress TV xəbə...
Putin ilə Kim Çen In arasında telefon danışığı oldu
12.08.2025
Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı...
Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı
13.05.2026
Fransa prokurorluğu apellyasiya prosesi çərçivəsində ölkənin sabiq prezidenti Nikolya Sarkoziyə 2007-ci il prezident seç...
Məşhur Dion beşəmlərinin sonuncusu vəfat etdi
27.12.2025
Kanadada dünyaca məşhur Dion beşəm bacılarının sonuncusu Annet Dion 91 yaşında dünyasını dəyişib.TodayPress TV xəbər ver...
Antalyada iki anbarda güclü yanğın baş verdi
27.08.2025
Türkiyənin Antalya vilayətinin Serik rayonunda iki anbarda güclü yanğın başlayıb. TodayPress TV xəbər verir ki, had...
Şahbaz Şərif Kanadanın Baş nazirini Pakistana dəvət etdi
14.04.2026
Kanadanın Baş naziri Mark Karni bu gün axşam pakistanlı həmkarı Şahbaz Şərifə zəng edib.TodayPress TV xəbər verir ki, bu...
Tramp: "ABŞ-Çin ticarət razılaşması rəsmi təsdiqini gözləyir"
11.06.2025
ABŞ prezidenti Donald Tramp ABŞ və Çin arasındakı ticarət sazişindən bəhs edib.TodayPress TV xəbər verir ki, bu barədə "...
Rusiya aviaşirkətləri Yaxın Şərqə bilet satışlarını dayandırdı
04.03.2026
Rusiya aviaşirkətləri Yaxın Şərqə bilet satışını 7 marta qədər dayandırıb. TodayPress TV xəbər verir ki, bu barədə...
