İran Amerikaya təşəkkür etdi: Bütün dünya bu məktubdan danışır
İran milli futbol yığması Belçika ilə heç-heçə etdikdən sonra Los-Anceles şəhərinə təşəkkür məktubu yazıb.
TodayPress TV xəbər verir ki, məktub komandanın soyunub-geyinmə otağında qoyulub.
Los-Anceles İranın ilk iki oyununa ev sahibliyi edib. Komanda növbəti matçını Sietlda Misirə qarşı keçirəcək. İran yığması səyahət məhdudiyyətlərinə görə turnir ərzində Meksikanın Tixuana şəhərində qalıb və oyunlar üçün ABŞ-yə gedib.
İran Futbol Federasiyasının paylaşdığı məktubda deyilir:
“Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq. Ev sahibliyinə görə Los-Ancelesə təşəkkür edirik”.
Məktubda azarkeşlərə də təşəkkür edilib, eyni zamanda bütün xalqlar sülhə, hörmətə və dostluğa çağırılıb.
Belçika ilə heç-heçədən sonra İran millisi növbəti mərhələyə yüksəlmək şansını saxlayır.
Xanım Musayeva