İran AEBA ilə əməkdaşlığı rəsmən dayandırdı
İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın dayandırılması barədə qanunu imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət tele-radio şirkəti məlumat yayıb. Prezidentin imzasından sonra sənəd qüvvəyə minib və icrası məcburidir.
Qeyd edək ki, iyunun 25-də İran parlamenti İslam Respublikasının AEBA ilə əməkdaşlığını dayandıran qanun layihəsini qəbul edib. Ertəsi gün – iyunun 26-da isə bu qərar İran Konstitusiyasının Keşikçiləri Şurası tərəfindən təsdiqlənib.
Qiymət Mahir