İran-ABŞ məsləhətləşmələrinin üçüncü raundu başa çatdı
Dünya
26.02.2026 22:56
Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında Cenevrədə keçirilən üçüncü məsləhətləşmələr başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr əl-Busəidi məlumat yayıb.
Məlumata görə, İran və ABŞ öz ölkələrinin liderləri ilə məsləhətləşmələrdən sonra danışıqları bərpa etmək barədə razılığa gəliblər.
“Müvafiq paytaxtlarda məsləhətləşmələrdən qısa müddət sonra danışıqları davam etdirəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək”, - deyə o qeyd edib.
Omanın xarici işlər naziri, həmçinin İran və ABŞ nümayəndələri, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri və görüşün təşkilinə görə İsveçrə hökuməti də daxil olmaqla, prosesdəki bütün iştirakçılara göstərdikləri səylərə görə təşəkkürünü bildirib.
Aysel Mətləb
tag: Oman,İran,ABŞ,Cenevrə,Todaypress.tv,
