İran ABŞ ilə nüvə razılaşması əldə etməkdə ciddidir

İran ABŞ ilə nüvə razılaşması əldə etməkdə ciddidir
15.07.2025 23:10 Dünya

"İran öz milli maraqlarını təmin etmək üçün ABŞ ilə nüvə sazişi imzalamaqda  maraqlıdır"

TodayPress TV xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd əl-Sudani bildirib.

"İran rəsmiləri ilə bir sıra təmasların nəticələrinə əsasən, biz belə bir təəssürat alırıq ki, İran rəhbərliyi ABŞ ilə İranın maraqlarını təmin edəcək və beynəlxalq ictimaiyyətin qorxularını aradan qaldıracaq razılaşma əldə etməkdə səmimi qərarlıdır”, - o bildirib.

Aynur TAC

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər