İran ABŞ ilə danışıqları DAYANDIRDI - SƏBƏB
İran ABŞ ilə yekun razılaşma üzrə danışıqları dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə TASS agentliyi yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İran xalqına qarşı birbaşa təhdidləri və Vaşinqtonun öhdəliklərini dəfələrlə pozması səbəbindən Tehran ABŞ ilə yekun sazişin bağlanmasına dair danışıqları dayandırmaq qərarı verib.
İran rəsmisi həmçinin bildirib ki, ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaları pozub. Onun sözlərinə görə, boğaz üzərində nəzarət bundan sonra İranın müəyyən etdiyi protokollar əsasında həyata keçiriləcək.
Kübra Musayeva