İranın raket sistemləri danışıqlar mövzusu deyil və Tehran üçün “qırmızı xətt” təşkil edir.
TodayPress TV xəbər verir ki, bunu İranın Müdafiə Şurasının katibi Əli Şəmxani Qətərin "Əl-Cəzirə" televiziyasına verdiyi müsahibədə bildirib.
“Raket sistemlərimiz qırmızı xətlərimizdən biridir və danışıqlarda müzakirə mövzusu deyil”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İranın vitse-prezidenti Məhəmməd Eslami ABŞ-nin İranla bağlı bütün sanksiyaları ləğv etməsi halında Tehranın uranın zənginləşdirilməsi səviyyəsini azaldacağını açıqlamışdı.
Jalə Rövşən
