İran 300-ə yaxın məhbusu Əfqanıstana köçürür
İranda həbs olunan 292 əfqan məhbus öz ölkələrinə qaytarılıb.
TodayPress TV bu barədə İranın Ədliyyə Nazirliyi bildirib.
Məhkumlar Doğaru və İslam-Qala sərhəd-keçid məntəqələrindən Taliban hakimiyyətinə təhvil verilib. Nazirliyin məlumatına görə, onların əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunub.
Həmçinin qeyd edilib ki, məhbusların köçürülməsi İran və Əfqanıstan arasında imzalanmış ikitərəfli müqavilələr çərçivəsində davam etdiriləcək.
Türkan İsgəndərli