İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu

İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu
14.07.2026 10:38 Dünya

İranda SEPAH-a məxsus olduğu iddia edilən ballistik raket daşıyan qatarın vurulduğu barədə məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, qatar İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi zamanı hərəkətdə olub.

İddialara görə, qatarda təxminən 200 ballistik raket daşınıb. Hücum nəticəsində qatarın məhv edildiyi, raketlərin sıradan çıxarıldığı və yükü müşayiət edən azı 30 SEPAH üzvünün öldüyü bildirilir.

Məlumatı yayan mənbələr bunu İranın hərbi potensialına ağır zərbə kimi qiymətləndirirlər.

Qeyd edək ki, bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İran rəsmiləri də məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Qiymət Mahir


XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər