“İnstagram” çökdü
“Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində nasazlıq müşahidə olunur.
TodayPress TV xəbər verir ki, istifadəçilər platformalara girişdə, paylaşımların yenilənməsində və bəzi funksiyaların işləməsində problemlərlə üzləşdiklərini bildirirlər.
Nasazlığın səbəbi ilə bağlı hələlik “Meta” şirkəti tərəfindən rəsmi açıqlama verilməyib. Problemin nə vaxt aradan qaldırılacağı da məlum deyil.