İngiltərədəki daha bir kənd ölkədən ayrılmağı düşünür
İngiltərədə kənd sakinləri Böyük Britaniyadan ayrılmaq üçün referendum keçirmək istəyir.
TodayPress TV xəbər verir ki, İngiltərənin cənubunda yerləşən Suffolk qraflığının Barnham kəndində Böyük Britaniyanın tərkibindən çıxmaqla bağlı referendum keçirilməsi təklif olunur.
Məlumata görə, təşəbbüs hökumətin keçmiş MoD Barnham hərbi bazasında qaçqınların yerləşdirilməsi planlarından sonra irəli sürülüb.
Barnham Parish Şurasının sədri Con Bauer bildirib ki, ünsiyyətdə olduğu kənd sakinlərindən heç biri miqrantların ərazidə yerləşdirilməsi ideyasını dəstəkləmir.
Təxminən 600 nəfərin yaşadığı Barnham kəndi bu addımla Oksfordşirdə yerləşən Piddinqtonun nümunəsini izləyə bilər. Belə ki, Piddinqtonda ötən həftə Böyük Britaniyadan müstəqilliklə bağlı qeyri-rəsmi referendum keçirilib.
Aysel Mətləb