İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verdi

İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verdi
14.07.2025 10:28 Dünya

İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tual şəhərindən 171 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsinin olmadığı qeyd olunub. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını bildirir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər