Husilər İrana dəstək üçün "Bab əl-Məndəb" boğazını bağlayacaq

Dünya

15.03.2026 11:21

İranı dəstəkləmək barədə qərar verilərsə, ilk addım ABŞ və İsrailə qarşı dəniz blokadasının rəsmi elan edilməsi ola bilər.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bunu Yəməndəki Ənsar Allah (Husi) üsyançı hərəkatının yaratdığı silahlı qüvvələrin sözçüsü Əbdül Əs-Sovr bildirib.

Onun sözlərinə görə, ABŞ-yə və İsrailə doğru hərəkət edən ticarət və hərbi gəmilər, o cümlədən təyyarədaşıyan gəmilər dayandırıla bilər. Əbdül Əs-Sovr əlavə edib ki, husilər İsrail limanlarına gedən istənilən gəmi üçün Bab əl-Məndəb boğazını tamamilə bağlamağı da nəzərdən keçirirlər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev əməliyyatı İran tərəfindən yarandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.

Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə qarşı genişmiqyaslı əməliyyat başladığını elan edib. Eyni zamanda Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ obyektlərinə də zərbələr endirildiyi bildirilib.

Həmçinin, İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyində yer alan bir neçə yüksək vəzifəli şəxs həlak olub.

Jalə Rövşən 

TodayPress TV 

tag: Husilər ,İran ,"Bab əl-Məndəb" boğazı,ABŞ,Todaypress.tv,