Hörmüz boğazında neft tankeri vuruldu
Hörmüz boğazında neft tankerinin naməlum tipli mərmi ilə vurulduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
Məlumata görə, tanker kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu bildirib. Zərbə nəticəsində gəminin idarəetmə körpüsü zədələnib.
UKMTO-nun açıqlamasında qeyd olunub ki, bütün heyət üzvləri təhlükəsizdir və hazırda ətraf mühitə ziyan dəyməsi ilə bağlı məlumat yoxdur.
Agentlik bölgədən keçən gəmilərə ayıq-sayıq olmağı və hər hansı şübhəli fəaliyyət barədə dərhal UKMTO-ya məlumat verməyi tövsiyə edib.
Türkan İsgəndərli