Hollandiya varis şahzadəsi Amaliya hərbi hazırlığa başlayır

Hollandiya varis şahzadəsi Amaliya hərbi hazırlığa başlayır
01.07.2025 15:13 Dünya

Hollandiya taxt-tacının varisi şahzadə Amaliya Amsterdamda yerləşən hərbi kollec – "Defensity College"də ehtiyatda olan hərbçi kimi hazırlıq keçəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “NL Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Amaliya artıq Amsterdam Universitetində siyasət, psixologiya, hüquq və iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. O, könüllü şəkildə hərbi təlimə qatılmaq üçün müraciət edib və qəbul olunub.

Lakin məlumata görə, şahzadə hazırda bütün fiziki hazırlıq mərhələlərində iştirak edə bilməyəcək. Buna səbəb onun iyun ayında atdan yıxılaraq qolunu sındırmasıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər