Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 20 nəfəri ötdü
Hindistanın qərbindəki Qucarat ştatında Mahi çayı üzərindəki körpünün uçması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
TodayPress TV xəbər verir ki, bunu əyalət hökumətinin sözçüsü Ruşikeş Patel bildirib.
Bildirilib ki, körpünün bir hissəsi çərşənbə günü sıx avtomobil tıxacları zamanı uçub. Nəticədə yeddi avtomobil çaya düşüb.
İlkin məlumatlara görə, çökməyə körpünün dayağının sıradan çıxması səbəb olub.
Aynur TAC