HƏMAS və İsrail girov və məhbusları azad etməyə başlayacaq

HƏMAS və İsrail girov və məhbusları azad etməyə başlayacaq
12.10.2025 14:38 Dünya

HƏMAS və İsrail girov və məhbusları oktyabrın 13-də azad etməyə başlayacaq.

TodayPress TV “The Times of Israel”ə istinadən xəbər verir ki, oktyabrın 9-da əldə olunmuş razılaşmaya əsasən, İsrail Ordusu 24 saat ərzində hərbi birləşmələrin Qəzzadan çıxarılmasını yekunlaşdırmalıdır. 

HƏMAS isə İsrail qoşunlarının Qəzzadan çıxarılmasından 72 saat sonra israilli girovları azad etməli, meyitlərini təhvil verməlidir. İsrailli girovların 20-nin sağ olduğu bildirilir.

İsrail Ordusu cümə günü günortaya qədər Qəzzadan geri çəkilməni yekunlaşdırıb və 72 saatlıq müddət başlayıb.

İsrail 2000-ə qədər fələstinli məhbusu azad etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər