HƏMAS hərbi qanadının rəhbərinin öldüyünü təsdiqlədi

HƏMAS hərbi qanadının rəhbərinin öldüyünü təsdiqlədi
27.05.2026 23:00 Dünya

Fələstin hərəkatı HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Odanın ölümünü təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" HƏMAS-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Qəzza şəhərində bir binada baş verən partlayış nəticəsində Məhəmməd Oda, onun həyat yoldaşı və iki övladı ölüb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələri hərbi qanada rəhbərlik və kəşfiyyat strukturlarına nəzarət edən Məhəmməd Odanın öldürüldüyünü bəyan edib.

İsrail tərəfi əməliyyatın HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən zərbələr çərçivəsində baş tutduğunu bildirir və təşkilatın bəzi liderlərini girov götürülməsi və hücumların təşkilində ittiham edir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər