HƏMAS azad edilən ikinci girov qrupunu İsrailə təhvil verdi

HƏMAS azad edilən ikinci girov qrupunu İsrailə təhvil verdi
13.10.2025 13:30 Dünya

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri HƏMAS tərəfindən azad edilən ikinci girov qrupunu İsrail qüvvələrinə təhvil veriblər.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, azad edilən şəxslər İsrailə qayıtdıqdan sonra ilkin tibbi müayinədən keçiriləcəklər.

Qeyd edək ki, 13 oktyabr səhər saatlarında yeddi nəfərdən ibarət ilk qrup BQXK nümayəndələrinə təhvil verilərək İsrailə aparılıb.

Daha sonra HƏMAS daha 13 nəfəri azad edərək Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər