Helsinkidən Melburna gedən təyyarə Rusiyadan yan keçəcək

Helsinkidən Melburna gedən təyyarə Rusiyadan yan keçəcək
22.09.2026 07:50 Dünya

Finlandiyanın “Finnair” aviaşirkəti Helsinkidən Avstraliyanın Melburn şəhərinə Rusiyanın hava məkanından yan keçməklə uçuşlar həyata keçirməyə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Simple Flying” məlumat yayıb.

Məlumata əsasən, ilk uçuş oktyabrın 25-də həyata keçiriləcək və marşrut daha sonra müntəzəm əsasda fəaliyyət göstərəcək.

Uzun marşrut səbəbindən təyyarə yanacaq doldurmaq üçün Taylandın paytaxtı Banqkokda dayanacaq. Burada gözləmə müddəti 1 saat 45 dəqiqə təşkil edəcək.

Rusiyanın hava məkanından yan keçməklə Helsinki-Banqkok uçuşu 11 saat 20 dəqiqə davam edəcək. Banqkokdan Melburna uçuş isə təxminən 9 saat çəkəcək.

Beləliklə, yanacaq doldurma və gözləmə müddəti də nəzərə alınmaqla, Helsinki-Melburn marşrutu təxminən 24 saat davam edəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər