Gürcüstanda siyasi məhbus azadlığa buraxıldı
Dünya
12.02.2026 13:00
Gürcüstanın müxalifətçi siyasətçisi Nika Qvaramiya həbsdən azadlığa buraxılıb.
TodayPress TV "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, hazırda Qvaramiya "sabotaj" maddəsi ilə ittiham üzrə yeni həbs-qətimkan tədbirinin seçilməsini gözləyir.
Məlumata görə, müxalifətdəki Dəyişiklik Koalisiyasının lideri, parlamentin müvəqqəti istintaq komissiyasının tələblərinə əməl etmədiyinə görə cəzasını çəkdikdən sonra həbsxanadan çıxıb.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında Qvaramiya, parlamentin müvəqqəti istintaq komissiyasının tələblərinə əməl etmədiyinə görə səkkiz ay həbs cəzasına məhkum edilmişdi.
O, müxalifət partiyalarının fəaliyyəti və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövrünü araşdıran parlamentin müvəqqəti istintaq komissiyasına çağırılıb, lakin iclasa qatılmayıb.
Qvaramiya 2025-ci ilin iyun ayında girov müqabilində azadlıqdan məhrum edilmə ilə bağlı həbs olunana qədər azadlıqda qalıb. İndi isə "təxribat" ittihamı ilə bağlı yeni qətimkan tədbirinin seçilməsini gözləyir.
Müstəntiqlərin sözlərinə görə, 2024-cü ilin oktyabrında, müxalifət partiyalarının parlament seçkilərində məğlubiyyətindən sonra, Qvaramiya seçki saxtakarlığı bəhanəsi ilə hökumətin devrilməsinə, binalar qarşısında piketlər keçirməyə və hüquq-mühafizə orqanları ilə fiziki qarşıdurmaya çağırış edən siyasətçilər arasında olub.
Jalə Rövşən
tag: Gürcüstan ,Həbs,Nika Qvaramiya,Müxalifətçi ,Todaypress.tv,
