Gürcüstanda Ermənistan sərhədinə aparan yolun Ninotsminda–Bavra sərhəd-keçid məntəqəsi istiqamətində yerləşən hissəsi müvəqqəti olaraq bağlanıb.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Gürcüstan Yol Departamentinin məlumatına görə, güclü qar və məhdud görünmə şəraiti səbəbindən Paravani aşırımından bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Məhdudiyyət Koda–Partskhisi–Manglisi–Tsalka–Ninotsminda milli avtomobil yolunun 94-cü kilometrindən 110-cu kilometrinədək olan hissəsinə şamil olunur.
Bundan əlavə, fevralın 26-dan etibarən “Lars” istiqamətində də bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Hazırda Lars keçid məntəqəsindən nəqliyyatın hərəkəti də bağlı olaraq qalır.
Jalə Rövşən
