Gürcüstanda 85 əcnəbi ölkədən çıxarıldı

Dünya

25.02.2026 19:15

Gürcüstanda 85 xarici vətəndaş ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin “Channel One” telekanalına Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Miqrasiya Departamentinin əməkdaşları Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq çərçivəsində son günlər 85 nəfəri deportasiya edib və mövcud qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana təkrar girişinə qadağa qoyulub.

Nazirliyin açıqlamasına görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Fil Dişi Sahili, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan, Sudan, Tailand, Filippin, Qırğızıstan və Çin vətəndaşlarıdır.

Aysel Mətləb

TodayPress TV

tag: Gürcüstan,Əcnəbi,Deportasiya,Açıqlama,Todaypress.tv,