Gilan Hava Limanı beynəlxalq uçuşlara başladı

Gilan Hava Limanı beynəlxalq uçuşlara başladı
11.07.2025 17:11 Dünya

İranın Gilan əyalətində yerləşən Serdar Cəngəl Hava Limanı beynəlxalq uçuşlara start verib.

TodayPress TV xəbər verir ki, hava limanının baş direktoru Mühsin Mir Hüseyni ilk beynəlxalq reysin Bağdada həyata keçirildiyini açıqlayıb.

Onun sözlərinə görə, hava limanı müvafiq infrastruktur və standartlara tam cavab verir.

“Dayandırılmış xarici uçuşlar İran-İraq müharibəsindən sonra yenidən normala qayıtdı”, - deyə Hüseyni bildirib.

Rəsmi həmçinin yaxın vaxtlarda Gilan əyalətindən Rusiyanın Astraxan şəhərinə də müntəzəm reyslərin açılacağını bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər