“Geri dönə bilərik”: Trampdan İrana hərbi zərbə siqnalı

“Geri dönə bilərik”: Trampdan İrana hərbi zərbə siqnalı
27.05.2026 21:18 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən başladılması ehtimalını istisna etməyib.

TodayPress TV xəbər verir ki, o, bununla bağlı açıqlamasında bildirib:

“Görəcəyik, nə baş verəcək. Ola bilər ki, biz (İrana zərbələrin endirilməsinə) qayıtmalı və bunu tamamilə bitirməli olaq, ola da bilər ki, yox”.

Onun sözlərinə görə, ABŞ hələ də İranın danışıqlardakı mövqeyindən “razı deyil”.

“Düşünürəm ki, hazırda vəziyyət belədir: onlar sadəcə razılaşma bağlamaq istəyirlər. Fikrimcə, onların başqa seçimi yoxdur”, – deyə Tramp əlavə edib.

Onun təqdim etdiyi versiyaya əsasən, Tehran “son gücü ilə danışıqlar aparır”.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər