Fransalı siyasətçi: “Paris Ukrayna müharibəsinin mərkəzinə çevrilir”

Fransalı siyasətçi: “Paris Ukrayna müharibəsinin mərkəzinə çevrilir”
13.07.2025 18:00 Dünya

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Parisdə Ukrayna üzrə “istəklilər koalisiyası”nın qərargahının açılmasını sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:

“Bu bir dəlilikdir! Makron qürurla elan edir ki, Rusiyaya qarşı hərbi kontingent göndərməyə hazırlaşan koalisiyanın qərargahı Parisdə olacaq!”

Filippo qərarın Fransanı hədəfə çevirdiyini, Üçüncü dünya müharibəsini sürətləndirdiyini və xalq üçün ciddi xərc yaradacağını bildirib. O, fransız əsgərlərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər