Fransada istilər faciəyə səbəb oldu - 4 uşaq həyatını itirdi
Fransada qeydə alınan anomal istilər nəticəsində dörd azyaşlının həyatını itirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Marsel şəhərində 18 aylıq körpə xəstəxananın təcili yardım şöbəsində hipertermiya nəticəsində vəfat edib.
Uşaq avtomobildə aşkar olunub. Bundan əlavə, Paris ətrafında üç yaşlı oğlanın və yaşayış binasının dayanacağında avtomobildə iki və dörd yaşlı iki uşağın da ölü tapıldığı bildirilir.
Hadisələrlə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli