Fransa XİN: “Paris təzyiqlərə boyun əymədi”
Dünya
27.03.2026 03:30
“Paris Cənubi Afrikanın Evian şəhərində keçiriləcək G7 sammitinə dəvət olunması ilə bağlı təzyiqlərə boyun əyməyib”.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro G7 xarici işlər nazirlərinin Paris ətrafındakı Vo-de-Serney şəhərində keçirilən ilk günündən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, onlar heç bir təzyiqə boyun əyməyiblər və G7-ni geoiqtisadi məsələlərə diqqət yetirərək dar formatda keçirmək qərarına uyğun gələn seçim ediblər:
“Biz, əlbəttə ki, bütün əsas qlobal məsələlər üzrə Fransa üçün ən mühüm tərəfdaş olaraq qalan Cənubi Afrika ilə sıx təmaslarımızı saxlayırıq" .
Xatırladaq ki, daha əvvəl “AFP” agentliyi Cənubi Afrika prezident administrasiyasına istinadən Fransanın ABŞ-nin təzyiqi səbəbindən ölkəyə göndərilən G7 sammitində iştirak dəvətini geri götürdüyünü bildirib.
Agentliyin məlumatına görə, amerikalılar, əgər Cənubi Afrika bura dəvət olunarsa, G7 sammitini boykot edəcəkləri ilə hədələyiblər.
Qeyd edək ki, Fransanın sədrliyi ilə keçiriləcək G7 sammiti iyun ayında Evian şəhərində keçiriləcək.
Aysel Mətləb
tag: Fransa,G7,ABŞ,Cənubi Afrika,TodayPress TV,
