Fransa son 17 ilin ən güclü qar uçqunu təhlükəsi ilə üz-üzə
Fransanın milli meteorologiya xidməti Meteo-France ölkənin şərqində yerləşən Savoie departamentində qar uçqunu təhlükəsi səbəbindən maksimum – “qırmızı” təhlükə səviyyəsi elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, 12 fevral Haut-Tarentaise bölgəsində və Monblan yaxınlığında fövqəladə qar uçqunu riski gözlənilir. Məlumata görə, ərazidə qar yağışının intensivliyi də artmır.
"Ici" radiostansiyası qeyd edir ki, son 17 ildə bu bölgədə ilk dəfədir “qırmızı” səviyyəli uçqun xəbərdarlığı verilir.
Türkan İsgəndərli